Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Koordinasiya birləşmələri şöbəsi

Koordinasiya birləşmələri şöbəsi
Tel. (+994 50) 5456194,(+994 12) 5108592
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_11@kqki.science.az
Struktur bölmənin rəhbəri Akademik Əjdər Əkbər oğlu Məcidov
İşçilərin ümumi sayı 43
Əsas fəaliyyət istiqamətləri  Keçid metalların polifunksional liqandlarla komplekslərinin  və metal-üzvi birləşmələrin sintezi, onların əsasında molekulyar maq­netiklərin və keçiricilərin, nanokompozitlərin və selektiv sorbentlərin alınması 
Əsas elmi nəticələri İlk dəfə olaraq metalların tərkibində stabil radikal qrupları olan laqandlarla kompleks birləşmələri alınmış, onların metallik və kristal quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasında məsafə müəyyən olunmuş, spin mərkəzləri arasında qarşılıqlı mübadilə ener¬jisi hesablanmış və qiymətləndirilmişdir. Göstərilmişdir ki, metal-xelat komplekslərin əksəriyyətində metal-radikal məsafələri 0.5 nm-dən çoxdur. Müəyyən olunmuşdur ki, radikal mərkəzin (nitroksilin) metalın (misin) koordinasiya mərkəzinə daxil olması onun oksidləşmə-reduksiya reaksiyalarında aktivləşməsinə gətirib çıxarır.

Tərkibində fəza hərəkəti çətinləşdirilmiş fenol olan şiff əsaslarında koordinasiya olunmuş liqandlarda oksidləşdirici C-C qoşulma reaksiyası tapılmışdır. Son illərdə koordinasiya olunmuş liqandlarda oksidləşmə-reduksiya reaksiyaları: koordinasiya olunmuş azometin qrupunun reduksiyası və aminobenzil qrupunun oksidləşməsi öyrənilmişdir. Göstərilmişdir ki, azometin rabitəsinin borhidridlə reduksiyası reaksiyasının sürəti birinci keçid sırasında metalın atom nömrəsinin artması ilə azalır. Bu kompleks birləşmələrin stabilliyinin artması Urving-Vilyams sırasina uyğundur.

Aromatik o-hidroksibenzilaminin metal komplekslərində benzilamin qrupunun oksidləşmə-dehidrogenləşmə reaksiyası dörd və beş koordinasiylı birləşmələrdə müşahidə olunur. Oktaedrik komplekslərdə bu müşahidə olunmur. İlkin komplekslərin və OD reaksiyası məhsullarının rentgenstruktur tədqiqi göstərir ki, OD kompleksəmələgəlmə prosesində baş verir.

Metal nitratları ilə iki və çoxatomlu spirtlərin qarşılıqlı təsirindən nanotozların hidrotermal oksidləşmə-reduksiya üsulu ilə alınması metodikası işlənib hazırlanmışdır. Digər üsullardan fərqli olaraq bu üsul eyni zamanda təmiz metal, metal oksidləri, hidroksidlər və karbonat tozları olan kompozitlərin alınmasına imkan verir.