Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası

Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası
Tel.

(+994 12) 4902476

(+994 12) 4901309  
Faks (+994 12) 4903520  
Elektron poçtu azmea_nkpi@box.az 
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 18 
Əsas fəaliyyət istiqamətləri  1. Azərbaycanın yeni yataq neftlərinin tədqiqi və onların səmərəli emalının müəyyənləşdirilməsi;

2. Yeni yataq neftlərindən dünya standartlarına cavab verən baza yağlarının alınma texnologiyasının işlənib hazırlanması;

3. Neftli torpaqdan üzvi hissənin ayrılması və tədqiqi;

4. İK‑CO2 ilə neft və yağ fraksiyalarının təmizlənməsinin mümkünlüyünün araşdırılması, pilot qurğunun TSZ‑da inşası və mənimsənilməsi. 
Əsas elmi nəticələri

Tədqiqatların yeniliyi patentləşdirilib.

Laboratoriyada tədqiq edilmiş neftlər (Günəşli və Səngəçal-dəniz) Bakı NEZ‑da yanacaq və yağ almaq üçün xammal kimi istifadə edilmişdir. “Azərneftyağ” NEZ‑da bir sıra emal prosesləri – asfaltsızlaşma, parafinsizləşmə, selektiv təmizləmə və hidrogenləşmə qurğuları tikilib istifadəyə verilmişdi. İlk dəfə parafinli dəniz nefti Səngəçal baza motor yağlarının istehsalı üçün istifadə edilmişdi. Klassik sxem üzrə işləyən yağ blokunda Səngəçal-dəniz neftindən ildə 500‑600 min ton baza motor yağları (M‑8 və M‑10) istehsal edilmişdi.

Bununla yanaşı NEZ‑da emal edilən neftlərdən geniş assortimentdə sənaye (İ‑8; İ‑12; İ‑20; İ‑30; İ‑40), baza yağları da laboratoriyada işlənib, hazırlanmış texnologiya ilə istehsal edilmişdi. Bu yağların istehsalatda hazırlanması NEZ‑na böyük miqdarda səmərə almağa imkan yaratmışdır. Beləliklə, “Azərneftyağ” NEZ‑da 20‑22 adda neft məhsulunun hazırlanma texnologiyası 21 saylı laboratoriyada yerinə yetirilmişdir.

2010-2014‑cü illərdə iki pilləli hidrogenləşmə ilə Silindr‑12 çeşidli yağ istehsal olunub ki, bu yağın istehsalından alınan səmərə 10 mln. AZN miqdarında olub.