Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyası

Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyası
Tel. (+994 18) 6447290 
Faks (+994 18) 6420400
Elektron poçtu ipoma@science.az
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın elmi istiqaməti tozvari maddələrin dənəvərləşdirilməsi, onların təbii polimerlərin suda həll olan, bioloji parçalanan törəmələri ilə kapsullaşdırılması proseslərinin elmi əsaslarının işlənib hazırlanması, bu proseslərin aparatur tərtibi ilə əlaqədar elmi konsepsiyanın yaradılması, sellülozanın törəməsi olan kapsuləmələgətirən karboksimetilsellülozanın natrium, kalium və ammonium duzlarının pambıqtəmizləmə zavodlarının tullantılarından alınması proseslərinin texnoloji əsaslarının yaradılmasından ibarətdir.

Laboratoriyada kimya texnologiyasının nəzəri əsas-ları, riyazi modelləşdirilməsi istiqamətində elmi işlər hal-hazırda da davam etdirilir. Tozvari maddələrin nəmləşdirilməsi, dənəvərləşdirilməsi, qurudulması proseslərinin elmi əsasları və riyazi modelləri yaradılmışdır. Bu istiqamətdə əksaxınlı maili arakəsməli borutipli quruducu ixtira edilmiş və onun əsasında yüksək nəmlikli maddələrin qurudulması üçün kombinə edilmiş sistem təklif olunmuşdur. Laboratoriyada təbii polimerlərlə gübrə dənələrinin kapsullaşdırılması istiqamətində tədqiqatların aparılması hal-hazırda davam etdirilir. Bu sahədə kapsuləmələgətirən polimerlərin yeni nəsli kimi karboksimetilsellülozanın natrium, kalium və ammonium duzlarının sintez proseslərinin tullantısız texnologiyası yaradılmışdır. Həmin polimerlərlə gübrə dənələrinin kapsullaşdırılmasında polimer örtük iki funksiya yerinə yetirir. Bununla yanaşı “qaynar lay” və baraban tipli aparatlarda dənələrin üzərində, onların forması nəzərə alınmaqla, polimer örtüyün əmələ gəlməsi və qalınlaşması proseslərinin kinetik qanunauyğunluqları öyrənilmiş və riyazi modeli tərtib olunmuşdur.

Tozvari maddələrdən “qaynar lay” aparatında hissəciklərin toqquşması nəticəsində dənələrin əmələ gəlməsi və böyüməsinin nəzəri əsasları yaradılmış və riyazi modeli tərtib edilmişdir.

Əsas elmi nəticələri Karboksimetilsellülozanın natrium, kalium və am-monium duzlarının pambıq tullantılarından sintezi və onlarla gübrə dənələrinin kapsullaşdırılması prosesləri-nin elmi əsasları yaradılmışdır.

Laboratoriyanın elmi işlərinin nəticələri bir monoqrafiyada, 140 elmi məqalə və tezisdə öz əksini tapmış, 20 müəlliflik şəhadətnaməsi və patentlərin alınmasını təmin etmişdir.

Gələcək işlərimizdə təbii polimerlərdən əhəmiyyətli materialların alınma texnologiyasının yaradılması nəzərdə tutulur.