Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  İdarəetmə Sistemləri İnstitutu

İdarəetmə Sistemləri İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

 

Veb-sayt www.isi.az   
Ünvan AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 68
Tel. (+994 12) 5390151
Faks (+994 12) 5392826
Elektron poçtu info@isi.az,

info@cyber.az

Baş direktor

Akademik Abbasov Əli Məmməd oğlu

Xidməti tel.: (+994 12) 539 01 51

E-poçt: director@isi.az

İcraçı direktor

AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğlu

Xidməti tel.: (+994 12) 539 01 51 

E-poçt: aminaga.sadigov@gmail.com

Baş menecer

Kərimov Etiram İdris oğlu

Xidməti tel.: (+994 12) 539 27 43

E-poçt: ehtiram.kerimov@mail.ru

Elmi katib Əzizova Zəhra Ələkbər qızı

Xidməti tel.: (+994 12) 539 39 43

E-poçt: elmi_katib@isi.az

Yaranma tarixi 

İnstitutun yaranma tarixini Azərbaycan ЕА Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır.

50-ci illərin sonunda Respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi, bu da öz növbəsində 1960-cı ildə Hesablama mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. Həmin il Hesablama mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) «Elektron hesablama maşınları» laboratoriyası yaradıldı. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı.

Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradıldı (1982-ci ilin martında AİS şöbəsi müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrildi). Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması (1977-1981) üzrə baş təşkilat təyin olunmuşdu.

1978-ci ilin yanvarında institutda işlənən cihaz və qurğuların təcrübi nümünələrinin yaradılması və tətbiqi üçün "Kibernetika” XKB-su təşkil edilmişdir. Təsərrüfat hesablı Büro indi də böyük uğurla fəaliyyət göstərir.

2014-cü ildə Nazirlər kabinetinin qərarı ilə institutun adı "İdarəetmə Sistemləri" İnstitutu olaraq dəyişdirilmişdir.

İnstitut təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Ələsgərov Səid Əmiraslan oğlu, 1965-1970-ci illərdə akademik Hüseynov Əşrəf İsgəndər oğlu, 1970-1988-ci illərdə akademik Allahverdiyev Cəlal Eyvaz oğlu rəhbərlik etmişlər. 1988-2020-ci illərdə institutun direktoru texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli əməkdar elm xadimi, akademik Əliyev Telman Abbas oğlu olmuşdur.

22.01.2021-ci il tarixdən etibarən institutun baş direktoru texnika elmləri doktoru, professor, akademik Abbasov Əli Məmməd oğlu, icraçı direktoru isə texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sadıqov Əminağa Bəhmən oğludur.

İnstitutun kadr potensialı:

İnstitutda 3 akademik, 5 müxbir-üzv, 30 elmlər doktoru, 52 fəlsəfə doktoru fəaliyyət göstərir.

Hazırda institutda 7 şöbə və 23 laboratoriya fəaliyyət göstərir.

Əsas fəaliyyət istiqamətləri

İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:

•İdentifikаsiyа üsulları və idarəetmə sistemləri;

•Texniki və ekoloji sistemlərin texnoloji proseslərinin riyazi modelləşdirilməsi;

• Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika  sistemləri;

• İdarəetmənin nəzəri problemləri;

• Teletrafik nəzəriyyəsi;

•Yeni nəsil “intellektual, robast -hibrid, nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin yaradılması;

•Müxtəlif təyinatlı sistemlərdə qərarqəbuletmə üsullаrı;

•Sosiаl-iqtisаdi sistemlərin modelləşdirilməsi.

Əsas elmi nəticələr

2021-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr:

1.Obyektlərin texniki vəziyyətinin dəyişməsi zamanı faydalı siqnalla küy arasında korrelyasiya yaranan hallarda küyqarışıq siqnalın korrelyasiya analizinin nəticələrinin adekvatlığını təmin etməyə imkan verən texnologiyalar verilmiş, proqramlar tutulmuş, kompüter eksperimentləri aparılmışdır.

İcraçılar: akademik Telman Əliyev, t.e.d. Qəmbər Quluyev, prof. Nailə Musayeva, t.e.d. Fahrad Paşayev, t.e.d. Asif Rzayev

2.PUA sürülərinin avtonom idarə olunması məqsədi ilə hər bir PUA-nın müstəqil idarə olunması üçün metod və alqoritmlər işlənilmişdir. Tədqiqat işində qeyri-qabarıq optimizasiya metodlarının və ümumi vəziyyətin qiymətləndirilməsi üçün süni neyron şəbəkə modellərinin tətbiqi ilə sistemlər sistemi yanaşmasından istifadə edilmişdir.

İcraçılar: akademik Əli Abbasov, dos. Ədalət Paşayev, dos. Əbülfət Fətullayev, dos. Elxan Səbziyev, t.ü.f.d. Rauf Fətullayev

3.Hərbi poliqonlarda ekosistemlərin vəziyyətini kompleks qiymətləndirmək üçün  dekompozisiya modelləşdirilməsi metodunun tətbiqi təklif olunmuşdur. Ekosistemlərin tarazlıq tənliklərinin bazasında hərbi-texnogen təsirlər nəzərə alınmaqla ekosistemlərin vəziyyətinin müşahidəsinin və identifikasiyasının riyazi modeli qurulmuşdur.

İcraçılar: müxbir üzv Əminağa Sadıqov, dos. Ramin  Zeynalov, t.ü.f.d. Günay Abdiyeva-Əliyeva

4.Həm toplanmış, həm də paylanmış parametrli dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin sağ tərəfindəki mənbələrin optimallaşdırılması məsələsi həll edilmişdir. Ədədi alqoritmlərin qurulması məqsədilə mənbələrin parametrlərinin optimallığı üçün zəruri şərtlər alınmışdır. Proqram təminatı hazırlanmış, test məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır.

İcraçılar: müxbir üzv Kamil Ayda-zadə, prof. Vaqif Abdullayev, r.e.d. Yeganə Əşrəfova

5.Ehtiyatları xarab ola bilən xidmət-ehtiyatlanma sistemlərinin yeni riyazi modelləri qurulmuş, onların ergodiklik şərtləri tapılmış və xarakteristikalarının hesablanması üçün səmərəli ədədi üsullar yaradılmışdır.

İcraçılar: müxbir üzv Ağasi Məlikov, M.O.Şahmalıyev

6.İlk dəfə olaraq həm parabolik tipli diferensial daxilolma, həm də onun diskret analoqlarına münasibətdə qarışıq məsələ ilə təsvir edilmiş idarəetmənin optimal idarə edilməsi məsələləri öyrənilmişdir. Bu problemlərde optimallıq üçün konstruktiv zəruri və kafi şərtler əldə edilir. Test problemi üzərində kompüter eksperimentleri aparılmışdır. İşin nəticələri xarici təsirlərin dəyərləri dəqiq bilinməyən, lakin mümkün dəyərlər çoxluğu şəklində verilən bir çox obyektler üçün idarəetmə sistemlərində istifadə edilə bilər.

İcraçı: prof. Elmxan Mahmudov

7.Elektrostatik sahənin parametrlərin əsasında metrik tanıma üsullarıni realizə edən neyron şəbəkələrin çəkilərinin bir anda tapılması imkanı göstərilmişdir.

İcraçı: dos. Polad Heydərov

İşçilərinin ümumi sayı  
Struktur bölmələri

Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi laboratoriyası
İctimaiyyətlə əlaqələr şöbəsi
Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyası
Fövqəladə hallarda idarəetmə laboratoriyası
Obyektlərin texniki vəziyyətinin identifikasiyası texnologiyaları və sistemləri laboratoriyası
İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyası
İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası
İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası
Siqnalların tanınması və intellektual analizi üsulları laboratoriyası
Neftqazçıxarma obyektlərinin intellektual, diaqnostika və idarəetmə sistemləri laboratoriyası
İntellektual informasiya-ölçmə sistemləri laboratoriyası
Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi laboratoriyası
Tətbiqi ehtimal-statistik metodlar laboratoriyası
Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi laboratoriyası
Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası
Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası
Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyası
Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyası
Texniki obyektlərin və proseslərin modelləşdirilməsi laboratoriyası
Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyası
Biliklərin intellektual analizi laboratoriyası
Neft sənayesində nano-texnologiyaların tətbiqinin riyazi modelləşdirmə laboratoriyası
Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyası
Beynəlxalq əlaqələr və innovasiya şöbəsi
Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi
Təhsil şöbəsi
İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyası

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

 

Abbasov Əli Məhəmməd oğlu

Sadıqov Əminağa Bəhmən oğlu

Əzizova Zəhra Ələkbər qızı

Abdullayeva Gülçin Gülhüseyn qızı

Aydazadə Kamil Rəcəb oğlu

Babayev Tofiq Əli İkram oğlu

Əliyev Telman Abbas oğlu

Əlizadə Tahir Əli oğlu

Əsədova Rəna Şərif qızı

Fətullayev Əbülfət Balay oğlu

Hacıyev Asəf Hacı oğlu

Həsənli Yadulla Həmdulla oğlu

Həsənov Allahverdi Biyakir oğlu

İmanov Qorxmaz Cahangir oğlu

İsayev Məzahir Məhəmməd oğlu

Məlikov Ağası Zərbəli oğlu

Məmmədov İlqar Qürbət oğlu

Məmmədov Knyaz Şiraslan oğlu

Mənsimov Kamil Bayraməli oğlu

Məstəliyev Rəşad Oqtay oğlu

Musayeva Nailə Fuad qızı

Paşayev Ədalət Bəxtiyar oğlu

Paşayev Fəhrad Heydər oğlu

Qədimov Rauf Mustafa oğlu

Quliyeva Sevinc Yunis qızı

Quluyev Qəmbər Ağaverdi oğlu

Rüstəmov Yasin İsmayıl oğlu

Rzayev Abbas Heydər oğlu

Rzayev Asif Hacı oğlu

Rzayev Ramin Rza oğlu

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       sədr müavini

 

-       katib

-       üzvləri

 

Nəcəfova Lamiyə Həmzə qızı

Abbaszadə Nərmin Arzu qızı

Əzimov Rüstəm Bakir oğlu

Niyazova Rayihə Rasim qızı

Abdullayeva Aysel Mahmud qızı

Abdullayeva Aysel Zahid qızı

Abdullayeva Nəzifə Şakir qızı

Babayev Orxan Tehran oğlu

Cəfərova Raya Elbrus qızı

Cəfərova Sona Sahib qızı

Əhmədli Nigar Əhməd qızı

Əhmədova Aydan Fətəli qızı

Əliyev Elçin Rəşid oğlu

Əliyev Yadigar Arif oğlu

Əliyeva Gülşad Hümmət qızı

Göyüşov Atakişi İbrahim oğlu

Hidayətzadə Səyyarə Qismətəli qızı

Hüseynova Taciman Arzu qızı

Kadaşeva Ülviyyə Malik qızı

Mustafayev Elmar Məhəmməd oğlu

Mustafazadə Aytac Raqif qızı

Nabadova Lamiyə Nazim qızı

Paşayeva Yeganə İlqar qızı

Quliyeva Pünar Sabir qızı

Quluzadə İnarə İlham qızı

Qurbanov Əli Fuad oğlu

Qurbanov Məcid Həsən oğlu

Şükürova Nigar Oktay qızı

Süleymanlı Bəhram Ədalət oğlu

Süleymanova Şəkər Əfqan qızı

Talıbova Nigar Qabil qızı

Dissertasiya şurası

 

ED 1.19 Dissertasiya şurasının tərkibi:

1203.01- “Kompüter elmləri” ixtisası üzrə

1.Məmmədov Knyaz Şiraslan oğlu (sədr) – riyaziyyat elmləri doktoru, professor

2.İbrahimov Vaqif Rza oğlu (sədr müavini) – AMEA-nın müxbir üzvü, riyaziyyat elmləri doktoru, professor

3.Əşrəfova Yeganə Ramiz qızı (elmi katib) – riyaziyyat elmləri doktoru, dosent

4.Ayda-Zadə Kamil Rəcəb oğlu – riyaziyyat elmləri doktoru, professor

5.Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor

6.Mehdiyeva Qalina Yuryevna - riyaziyyat elmləri doktoru, professor

1208.01 – “Ehtimal nəzəriyyəsi ” ixtisası üzrə

1.Əliyev Soltan Əli oğlu - riyaziyyat elmləri doktoru, professor

2.Əliyev Fikrət Əhmədəli oğlu - AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor

3.Hacıyev Asəf Hacı oğlu - AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor

4.Hacıyev Valeh Hilal oğlu – riyaziyyat elmləri doktoru, dosent

5.Rəhimov Fəda Hənnan oğlu – riyaziyyat elmləri doktoru, professor

ED 1.20 Dissertasiya şurasının tərkibi:

1203.01- “Kompüter elmləri” ixtisası üzrə

1.Musayeva Nailə Fuad qızı (elmi katib) - texnika elmləri doktoru, professor

2.Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

3. Həsənov Allahverdi Biyakir oğlu – texnika elmləri doktoru, professor

4.Quliyev Rövşən Ağakişi oğlu - texnika elmləri doktoru, dosent

5.Rzayev Abbas Heydər oğlu – texnika elmləri doktoru, professor

6.Sadıqov Əminağa Bəhmən oğlu – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor

7.Zeynalov Elçin Razim oğlu - texnika elmləri doktoru

3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə

1.Abbasov Əli Məhəmməd oğlu (sədr) - AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor

2.Rzayev Asif Hacı oğlu (sədr müavini) - texnika elmləri doktoru, dosent

3.Əliyev Elçin Rəşid oğlu – texnika elmləri doktoru, professor

4.Quluyev Qəmbər Ağaverdi oğlu – texnika elmləri doktoru

5.Nüsrətov Oqtay Qüdrət oğlu - texnika elmləri doktoru, professor

6.Paşayev Fərhad Heydər oğlu – texnika elmləri doktoru

7.Rzayev Ramin Rza oğlu - texnika elmləri doktoru, professor

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 

Əzizova Zəhra Ələkbər qızı

Qurbanova Sədaqət Həsən qızı

Quliyeva Gülnar Mikayıl qızı

Hüseynova Xırda Nurulla qızı

Cəbiyeva Zülal Bəkir qızı

Paşayev Ədalət Bəxtiyar oğlu

Elmlər doktorları
Fəlsəfə doktorları