Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyası

Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyası
Tel. (+994 12) 5392743
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.2@isi.az
Struktur bölmənin rəhbəri

t.e.d., professor Rzayev Ramin Rza oğlu

İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

1.Qeyri-müəyyənlik şəraitində qərarların verilməsi prosesini dəstəkləyən üsul və alqoritmlərin işlənməsi, o cümlədən müxtəlif təbiətli alternativlərin çox meyarlı qiymətləndirməsinə dair kompleks yanaşmanın aşağıdakı vasitələrlə təmin edilməsi;

2.Kəmiyyət və keyfiyyət meyarların üstünlük dərəcələrinin identifikasiyası üçün ekspert sistemlərin, o cümlədən qeyri-səlis ekspert sistemlərin işlənilməsi;

3.Alternativlərin çox meyarlı qiymətləndirməsində statistik və skorinq üsulların və həmçinin reytinq sisteminin işlənməsi;

4.Zaman sıraların proqnozlaşdırılması üçün neyroşəbəkəli və qeyri-səlis modellərin işlənilməsi;

5.Alternativlərin çox meyarlı qiymətləndirməsində qeyri-səlis üsulların və hibrid (neural-fuzzy) sistemlərin işlənməsi.

Əsas elmi nəticələri

1.Təsir göstərən faktorların çəki əmsallarının identifikasiyası üçün ekspert sistemi və investisiya layihələrinin inteqral göstəricilərinin qiymətləndirilməsi üçün qeyri-səlis üsullar işlənilmişdir;

2.Volatil zaman sıraların bərpası və proqnozlaşdırılması üçün adekvat qeyri-səlis model işlənilmişdir.