Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Neftqazçıxarma obyektlərinin intellektual, diaqnostika və idarəetmə sistemləri laboratoriyası

Neftqazçıxarma obyektlərinin intellektual, diaqnostika və idarəetmə sistemləri laboratoriyası
Tel. (+994 12) 5393798
Faks (+994 12) 5392826
Elektron poçtu lab1.9@isi.az
Struktur bölmənin rəhbəri t.e.d., dosent Rzayev Asif Hacı oğlu
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

Neftqazçıxarma obyektlərində qəzaların gizli dövrünü aşkar etməyə imkan verən və onun səmərəli və suboptimal rejimdə işlənməsini təmin edən hibrid intellektual nəzarət, erkən diaqnoz və idarəetmə sistemlərinin işlənilməsi.

Əsas elmi nəticələri

-Neft mədənlərinin prosesləri analiz edilmiş və müəyyən edilmişdir ki, belə obyektlərdə bir sıra parametrlərə daim distansiyon olaraq nəzarət olunmalı, onlar təhlil edilməli, avadanlıqlarda yarana biləcək nasazlıqlar qabaqcadan təyin edilməlidir və onları yaradan səbəblərin aradan qaldırırlması üçün tədbirlər görülməlidir;

-Neft mədənlərində mancanaq dəzgahları ilə istismar olunan quyuların iqtisadi səmərəliliyini artırmaq üsulları işlənib hazırlanmış və bu məqsədlə informasiya sistemi təklif edilmişdir;

-Neft mədənlərində dərinlik nasoslarının nasazlıqlarının diaqnostikası və proqnozu üçün robast informasiya sistemləri, mövqeli binar texnologiyaları əsasında dinamometrik məlumatların təhlili sistemləri yaradılmışdır;

-Neft quyularının debitini mövcud üsullarla müqayisədə daha dəqiq və operativ ölçən alqoritmlər və qurğular işlənilmişdir;

-Neftçıxarma obyektlərinin qarışıq rabitəli (fiziki xətt və radio) intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmış, istehsalat şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilmiş və Şirvan OİL şirkətinin 1 və 3 saylı mədənlərinin 190 quyusunda, Salyan OİL şirkətinin iki quyusunda və 17 sayda( hər biri 16 quyunun məhsuldarlığını avtomatik ölçən) "Trap" tipli qrupşəkilli ölçmə qurğularının idarə olunmasında müvəffəqiyyətlə istismar olunur;

-Obyektlərin qəza vəziyyətinə keçmə prosesinin gizli dövrünün riyazi modeli təklif edilmiş, bu prosesin başlanmasının etibarlı monitorinqini təmin etməyə imkan verən alqoritmlər, texnologiyalar yaradılmışdır və bu nəzəri nəticələri həyata keçirməyə imkan verən və eyni zamanda mancanaq dəzgahının yırğalanma sayını tənzim etməyə imkan verən yeni nəsl intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmışdır;

-Neftçıxarma obyektlərinin yeni nəsl intellektual monitorinq nəzarət və diaqnostika sistemləri istehsalat şəraitində: Şirvan OİL şirkətinin 3 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, Suraxanı OİL, Binəqədi OİL və Balaxanı neftqazçıxarma idarələrinin hər birinin iki quyusunda müvəffəqiyyətlə sınaqdan keçirilmiş və ARDNŞ tərəfindən müvafiq aktla kütləvi tətbiq olunmağa tövsiyə olunmuşdur. Hazırda bu sistemlər ARDNŞ-in (Bibiheybətneft, Abşeronneft və Əmirovneft) 400 dən artıq quyusunda istismar olunur. Hər bir quyuda 30 faizə qədər elektrik enerjisinə qənaət və təmir arası vaxtın 40% -dən çox artması təmin olunaraq, həmin obyektlərin rentabelliyi xeyli yaxşılaşdırılmışdır. Sistemin yeniliyi beynəlxalq patentlə təsdiq edilmişdir;

-Ştanqlı dərinlik nasos qurğularının mühərriyinin sərf etdiyi güc parametrlərinin quyu üzərində küy texnologiyaları ilə analizi onun avadanlıqlarının texniki vəziyyətinin erkən diaqnoz edilməsinin adekvatlığını yüksəltmək imkanı yaradır;

-Dalma nasosu mühərriyinin şəbəkədən tələb etdiyi güc vericisinin çıxış siqnalının küylərinin analizi əsasında mövqeli-binar indikatorlarının hesablanma texnologiyası və alqoritmləri yaradılmışdır. Onların quyu səviyyəsində olan mikrokontrollerdə texniki yerinə yetirilməsi dalma nasosunun və mühərriyının nasazlıqlarının daha adekvat və erkən diaqnostikasını təmin edir;

-Mövcud üsullarla müqayisədə təzyiqin bərpası əyrisindən (TBƏ) adi və yarımloqarifmalı koordinatlarda daha dəqiq yazan yeni eksponensial tipli modellər işlənmişdir;

-TBƏ-nin ancaq asimptotik (axırıncı) hissəsindən istifadə edən mövcud üsullardan (xorner, MDX, maçket və s. üsulları) fərqli olaraq tərs məsələ korrekt həll olunmuş və layın və quyunun hidrodinamik xarakteristikalarını etibarlı və dəqiq (3%-li dəqiqliklə) təyin etmək, bunun üçün bütün əyridən istifadə etməklə yeni üsul işlənmişdir.