Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası

Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası
Tel. (+994 50) 3348781
Faks (+994 18) 6420400
Elektron poçtu najaf1946@rambler.ru
Struktur bölmənin rəhbəri Qəhrəmanov Nəcəf Tofiq oğlu
K.e.d., prof. 
İşçilərin ümumi sayı 13
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyanın əsas elmi-istiqamətlərinə aşağıdakılar daxildir:

- neft və neft məhsullarını su səthindən təmizləmək məqsədilə effektiv köpüklənmiş polimer sorbentlərin alınması, tədqiqi və tətbiqi;

- poliolefinlərin polyar monomerlərlə mexaniki-kimyəvi modifikasiyası və emalı texnologiyasının tədqiqi;

- mexaniki-kimyəvi sintez üsulu ilə polimer qarışıqları əsasında kompozisiya materiallarının alınması və emalı texnologiyasının tədqiqi;

- polimer və mineral doldurucular əsasında kompozitlərin alınması, tədqiqi və emalı;

- poladın korroziyadan mühafizəsi məqsədi ilə aqressiv mühitə davamlı olan polimer örtüklərin işlənilməsi.

Əsas elmi nəticələri Su və torpaq səthindən neft və neft məhsullarınının təmizlənməsi üçün Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşları ilə birgə yüksək effektivli hidrofob köpüklənmiş polimer sorbentlər işlənib hazırlanmışdır. Neft məhsullarının sorbsiyasına sorbentlərin həcmi kütləsinin, dəliklərin ölçüsünün selektiv təsiri tədqiq edilmişdir.

Qəhrəmanov N.T. 235 elmi əsərin müəllifidir, o cümlədən 2 monoqrafiya, 40 patent və müəlliflik şəhadətnamənin. Onun rəhbərliyi altında 6 elmlər namizədi və 1 elmlər doktoru dissertasiyasını müdafiə etmişdir.