Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Biofizika İnstitutu

Biofizika İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt

http://biophysics.az/     

 
Ünvan AZ1141, Bakı ş., Z.Xəlilov küç., 117 
Tel. (+994 12) 432 62 48 
Faks  
Elektron poçtu

director@biophys.science.az 

Baş direktor

AMEA-nın müxbir üzvü Oktay Kazım oğlu Qasımov

Fizika-riyaziyyat  elmləri doktoru, professor

Xidməti tel.: (+994 12) 4326248 

Mobil tel.: (+994 55) 5336648

E-mail: oktaygasimov@gmail.com

oktaygasımov@science.az

İcraçı direktor

Kərim Qulu oğlu Qasımov

Biologiya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 4326808 

Mobil tel.: (+994 55) 4722258; (+994 50) 4242258

E-mail: gasimovk@yahoo.com;  kerimqasımov@biophys.science.az

Baş menecer

Azad Ramiz oğlu Əbdürəhimov

Tibb üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 4326229

Mobil tel.: (+994 55) 3167345

E-mail: azadmed@yandex.ru;  azadabdurahimov@biophys.science.az

Baş mühəndis

Elçin Nəriman oğlu Abdullayev 

Tel:(+994 12) 4326737

Mobil tel.: (+994 50) 3560420

E-mail: e.abdullayev.bf@mail.ru

Elmi katib

Florida Radik qızı Mehrəliyeva

Biologiya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 4326714

Mobil tel.: (+994 55) 9159335 

E-mail: florida.r.yahyayeva@mail.ru

Yaranma tarixi  20.07.2016-cı il 
Əsas fəaliyyət istiqamətləri

1. Yaşla bağlı olan neyrodegenerativ xəstəliklərin (Parkinson, Alzeymervə s.) erkən simptomlarının aşkar edilməsi, neyrodegenerasiyanın inkişafının ingibirləşdirilməsi və onlara qarşı yüngülləşdirici və ya profilaktik tədbirlərin axtarışı üzrə tədqiqatların aparılması.

2. Biomolekulların strukturu, dinamikası və fuksiyası arasında əlaqələrin tədqiqi, hüceyrə metabolizmini tənzimləyən daxili və xarici siqnallar şəbəkəsinin genetik və biokimyəvi əsasları: zülal-zülal və zülal-nuklein turşusu (zülal-DNT, zülal-RNT) əlaqələrinin tədqiqi.

3. Xərçəng xəstəliklərinin yaranmasına səbəb olan reseptor və kinaza zülallarını kodlaşdıran genlərdə baş verən mutasiyaların lokalizasiyası və onların aşkar edilməsi, bu mutasiyaların yaratdığı idarə olunmayan proliferasiyanın aradan qaldırılması və ya susdurulması istiqamətində perspektiv addımların atılması üzrə tədqiqatların təşkil edilməsi.

4. Bioloji sistemlərdə çox komponentli kinetik proseslərin riyazi modelləşdirilməsi: insan və model orqanizmlərdə metabolic şəbəkələrin genetik tənzimlənməsi mexanizmlərinin tədqiqi; Xərçəng hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini üçün xərçəngin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması.

5. Hüceyrə qovşaqlarının (hibridomaların) yaradılması və monoklonal anticismlərin istehsalı üçün immunoloji tədqiqatların aparılması əhəmiyyətli bir tədqiqat istiqaməti kimi planlaşdırılır.

Əsas elmi nəticələr

• Süni intellektin sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının FÇİQ spektrlər toplusunun analizinə tətbiqi ilə yaradılan model sağlam və xəstə nümunələri 70-90% dəqiqliklə klassifikasiya etməyə imkan verir.

• Fibroin zülalının məhlulundan alınmış təbəqələrdə EPR metodu ilə molekulyar dinamika spin zondlar vasitəsi ilə tədqiq edilmiş, onların aktivasiya enerjiləri təyin edilmişdir. Fibroin molekulu ilə rodamin 6G molekulunun qarşılıqlı təsiri tədqiq edilmiş və göstərilmişdir ki, hər bir fibroin molekuluna təqribən 5 molekul rodamin-6G birləşir və fibroinin aqreqasıyasının qarşısı alınır. Bu system amyloid xəstəlikləri üzrə tədqiqatlarda model system kimi istifadə oluna bilməsi göstərilmişdir.

• Göstərilmişdir ki, fibroin zülalı flüoressensiyanın kvant çıxışını yüksək səviyyədə saxlamaqla Rodamin 6G rəngini misli görünməmiş geniş konsentrasiya intervalında monomer halında saxlayan matrisa rolunu oynayır və o lazer, bio-optika və bio-fotonikada tətbiq edilə bilər.

• Natrium nitritin kiçik və mötədil dozalarının (0,07 mM və yüksək) insan qanından ayrılmış eritrositlərə təsiri hemoqlobinin konformasiyasına və bununla bağlı onun oksigenə olan affinliyinin dəyişməsinə səbəb olur. Nitritin yüksək dozası (1,0 mM və yüksək) sitozolun hemoqlobin payının azalması hesabına eritrositlərdə membranla bağlı hemoqobinin payını artırır; hemoqlobinin sürətlə oksidləşməsinə (0,1 M - 1,0 mM natrium nitrit qatılığında) baxmayaraq, eritrosit membranının oksidləşməsi zəif gedir. Bu da, onunla izah olunur ki, inkubasiya zamanı (37ºC) eritrositlərdə nitrit ionu nitrit oksidinə çevrilir və sonuncu antioksidant funksiyası daşımaqla hüceyrə membranını qoruyur.

• Solanasea fəsiləsindən olan tomat bitkisi yüksək duzluluq və su çatışmazlığına məruz qalan zamanı bitki mənşəli W-boks genlərindən WRKY33 (A və B) genlərin və AP2 ailəsi genlərindən isə ERF5 genin ekspressiya profile Norzern, in situ və Vestern hibridləşmələri ilə öyrənilmişdir. Müəyyən olunmuşdur ki, hər iki super ailənin nümayəndələri göstərilən şəraitdə fərqli toxuma spesifik ekspressiya profilinə malikdirlər.

• EPR spektroskopiya metodunun köməyi ilə ultrabənövşəyi şüaların təsiri altında yaranan sərbəst radikalların rekombinasiyası fibroin zülalının quru və hidrasiya olunmuş halında tədqiqi ilə zülalın müxtəlif dinamik modları müəyyən edilmişdir. Keçid temperaturu ~205K olan dinamik modda zülal molekullarının su ilə zəif bağlı olması, keçid temperaturu ~279K olan dinamik modda isə su ilə güclü bağlı olması müəyyən edilmişdir. Hər iki modda iştirak edən sərbəst radikalların mənşəyi müəyyən edilmişdir.

• İnsan daxil olmaqla, 6 növdən transkripsiya start saytı (TSS) təcrübi yolla müəyyənləşdirilmiş ~84000 promotor ardıcıllığı əsasında (a) RNT polimeraza II  promotorlarının 3 sinifdən ibarət yeni təsnifatı verilmiş (CpG, qeyri-CpG/TATA  və qeyri-CpG/qeyri-TATA) və onların çoxsaylı səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilmiş, bu biliklər əsasında neyron şəbəkələri statistik analiz üsulunu tətbiq etməklə yüksək dəqiqlikli yeni promotor axtarışı metodu – TSShm kompüter proqramı yaradılmışdır.

• TSShm və digər kompüter proqramları vasitəsi ilə aşkar olunmuşdur ki, xərçəng xəstəliyi ilə bağlı məlum 702 gendən 650-si (təqribən 93%-i) üçün, ən azı, 1 potensial 2-istiqmətli promotor (2-İP) vardır.

İşçilərinin ümumi sayı 61 
Struktur bölmələri

Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyası

Molekulyar və hüceyrə biokimyası laboratoriyası

Molekulyar və hüceyrə onkologiyası laboratoriyası

İnteqrativ biologiya laboratoriyası

Ekoloji biofizika laboratoriyası

Molekulyar və hüceyrə immunologiyası laboratoriyası    

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Oktay Kazım oğluQasımov

Kərim Qulu oğlu Qasımov

Florida Radik qızı Mehrəliyeva

Azad Ramiz oğlu Əbdürəhimov

İlham Əyyub oğlu Şahmuradov

Tokay Məhərrəm oğlu Hüseynov

Rasim Bəxtiyar oğlu Aslanov

Sevinc Haqverdi qızı Cəfərova

Leylaxanım Ərəstun qızı Məlikova

Mətanət Ceyhun qızı Baxışova

Gənc Alim və Mütəxəssislər Şurası

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Mətanət Ceyhun qızı Baxışova

Ramiyyə Böyükkişi qızı Həsənova

Aidə Mayıl qızı Məmmədzadə

Sevil Məmmədhüseyn qızı Rəhmanova

Aytac Cavanşir qızı Məmmədova

Qadınlar şurası

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Əsmər Rövşən qızı Məmmədova

Nərgiz Rəhman qızı Əfəndiyeva

Günay İmran qızı Əliyeva

Florida Radik qızı Mehrəliyeva

Arzu Hətəmşah qızı Aydəmirova

Aidə Mail qızı Məmmədzadə

Ruhiyyə Tahirağa qızı Quliyeva

Aytac Cavanşir qızı Məmmədova

Ləman Mehman qızı Süleymanova

Azad Ramiz oğlu Əbdürəhimov

Rasim Bəxtiyar oğlu Aslanov

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Rasim Bəxtiyar oğlu Aslanov

Xəyalə Üzeyir qızı Həsənova

Ramiyyə Böyükkişi qızı Həsənova

Ruhiyyə Tahirağa qızı Quliyeva

Günay İmran qızı Əliyeva

Arzu Hətəmşah qızı Aydəmirova

İctimaiyyətlə əlaqələrə məsul şəxs Xəyalə Üzeyir qızı  Həsənova 
Elmlər doktorları
Fəlsəfə doktorları