Süxurəmələgətirən mineralların tipomorfizmi, struktur vəziyyəti, paragenezisləri;
Maqmatik ərintilərin təkamülü prosesində süxur və filizəmələgətirən mineralların davranışının geokimyəvi aspektləri.
Əsas elmi nəticələri
Petroloji-geokimyəvi faktorlar əsasında Talış zonasında və Xocavənd əyilməsində ikimərhələli əriməyə məruz qalmış, sıxlığı azalmış mantiyanın mövcudluğu müəyyən olunmuşdur.
Talış zonasında subqələvi qranatlı peridotit substratından ilkin mərhələdə absorakit-şoşonit (5-7%), ikinci mərhələdə isə subqələvi pikrit ərintisi (15%-ə qədər) ayrılmışdır.
Xocavənd əyilməsində tərkibcə metasomatitləşmiş şpinelli peridotitə uyğun olan substratdan ilkin mərhələdə subqələvi olivinli bazalt (0,1 %), ikinci mərhələdə isə teşenit (15%-ə qədər) ərintisi ayrılmışdır.