Tel. | (+994 12 ) 4974468 | |
Faks | (+994 12 ) 5372285 | |
Elektron poçtu | e_aliyeva@gia.ab.az |
|
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Əliyeva Elmira Hacı-Murad qızı | |
İşçilərin ümumi sayı | 10 | |
Əsas fəaliyyət istiqamətləri | Müasir və qədim terrigen çökmə sistemlərinin toplanma şəraitləri və tsiklliyi;
Azərbaycanın mezo-kaynozoyunun çökmə sisteminin təkamülünün öyrənilməsi; Azərbaycanın mezo-kaynozoy çöküntülərinin sekvens-stratiqrafik konsepsiyasının işlənilməsi; sekvens-, kimyavi stratiqrafiyası; Çökmə qatların stratiqrafik arxitekturası; İqlim, dəniz səviyyəsinin dəyişilməsi və çöküntü toplanması; Mezo-kaynozoyda Xəzər regionun paleocoğrafiyası; Cənubi Xəzər hövzəsində geoloji məlumatların olmadığı rayonlarında palçıq vulkanları tullantıları əsasında dərin gömülmüş çökmə süxurların litofasial analizi və paleocoğrafiyası yenidən qurulması və Karbohidrogen rezervuarlarının modelləşdirilməsi; Ətraf-mühitin dəyişilməsinə geokimyəvi və biogeokimyəvi reaksiyaları; |
|
Əsas elmi nəticələri | 1. Qərbi və Şərqi Azərbaycanın və ona bitişik Xəzər dənizinin sahələrinin kəsiliş, quyu və seysmik materiallara, palçıq vulkanlarının tullantılarına əsasən mezokaynozoy çöküntülərinin toplanma şəraitlərinin müfəssəl öyrənilməsi.
2. Azərbaycanın və ona bitişik Xəzər dənizinin sahələrinin kəsiliş və quyu materiallarına əsasən mezozoy və kaynozoy komplekslərinin litoloji tərkibinin öyrənilməsi. 3. Qırmakı dərəsində Məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi 4. Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin Pliosen vaxtında dəqiq paleocoğrafik rayonlaşdırılması. 5. Neft generasiya edən və kollektor süxurların fasial kontrolu və sedimentasiya tsiklliyinin aşkar edilməsi 6. Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu. 7. Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması 8. Biogeokimyəvi və izotop məlumatlara əsasən Plio- Pleystosendə paleoXəzər hövzəsinin bionomik şəraitlərinin yenidən qurulması |