Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alim və mütəxəssislərin VI institutlararası futbol çempionatı keçiriləcək
04.04.2019 14:21
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislərin VI institutlararası futbol çempionatı keçiriləcək

Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə AMEA-nın gənc alim və mütəxəssislərinin VI institutlararası futbol çempionatı keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar 10 aprel 2019-cu il tarixinədək iştirakları ilə bağlı ərizələri AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidirlər.

Turnirdə iştirakla bağlı tələblər aşağıdakılardır:

- Müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənən iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 11 nəfər olmalıdır;

- Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil), şəxsiyyəti təsdiq edən sənədin surəti, eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdilənmiş) sənədlərə əlavə olunur;

- Komandaların heyətini AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan (01.01.2019 tarixindən bəri işə götürülənlər istisna olmaqla) əməkdaşlar iştirak edə bilər;

- Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.

Ünvan: AZ1073, Bakı ş., H.Cavid pr., 115  (3-cü mərtəbə, otaq 324) 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: