Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.04.2019 11:43
  • A-
  • A
  • A+

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN klubun prezidenti Çingiz Abdullayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

Əvvəlcə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, Ç.Abdullayevin qəhrəmanlarının tipik xüsusiyyətləri və siyasi detektiv janr ədəbiyyatında yeri və rolu haqqında fikirlərini bölüşüb.

Sonra Ç.Abdullayev əsərlərinin sujet xətti, filmləri haqqında oxucuların suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Xalq yazıçısı görüş ərzində ona ünvanlanmış ən yaxşı suala və əsərlərinin ən yaxşı oxucusu müsabiqəsinin qaliblərinə yeni nəşrdən çıxmış kitablarını hədiyyə edib.

Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Xeyirlə şərin rəqsi” filmlərindən epizodlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: