Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

"AZTEXNİKA" şirkətinin idarə heyəti AMEA YT Parkın fəaliyyəti ilə tanış olub
05.04.2019 15:36
  • A-
  • A
  • A+

"AZTEXNİKA" şirkətinin idarə heyəti AMEA YT Parkın fəaliyyəti ilə tanış olub

"AZTEXNİKA" şirkətinin icraçı direktoru Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait və potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın “Təcrübə-Sənaye Zavodu “ MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib.

Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov bu qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: