Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Amerikalı seysmoloqlar azərbaycanlı mütəxəssislərlə birgə təhlillər aparırlar
08.04.2019 13:06
  • A-
  • A
  • A+

Amerikalı seysmoloqlar azərbaycanlı mütəxəssislərlə birgə təhlillər aparırlar

ABŞ-ın Missuri Universitetinin professoru  Erik Sandvol Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.

Görüşdə Azərbaycan və amerikalı seysmoloqların birgə həyata keçirdiyi “Qafqaz kəsilişi” layihəsi ilə bağlı müzakirələr aparılıb. Layihə çərçivəsində Bakıya səfər etdiyini deyən E.Sandvol Azərbaycanın 3 rayonunda (Neftçala, Hacıqabul, Göyçay) quraşdırılmış stansiyalarda məlumatların toplandığını bildirib. O, İsmayıllı və Quba rayonlarına da səfər edəcəyini və aprelin 17-nə qədər məlumatların toplanılacağını söyləyib.

AMEA-nın müxbir üzvü Q.Yetirmişli ABŞ və Azərbaycan seysmoloqlarının birgə əməkdaşlığının müsbət nəticələr verdiyini deyərək, Qafqazda aparılan seysmik işlərin nəticələrinin ümumilikdə seysmologiya elmi üçün əhəmiyyətli olacağını bildirib.

Görüşdə, həmçinin əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: