Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri ilə görüş keçirilib
10.04.2019 12:24
  • A-
  • A
  • A+

Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri ilə görüş keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix ixtisasının I kurs tələbələri ilə görüş keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar baş tutub.

Görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək NDU-nun müvafiq ixtisaslarının hamiliyə götürülməsilə əlaqədar Rəyasət Heyətinin 5 aprel tarixli qərarı ilə Ekspert qrupunun yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanda, eləcədə Naxçıvan Muxtar Respublikasında elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışan İsmayıl Hacıyev tələbələrə bölmənin yaranma tarixi, strukturu, aparılan tədqiqat işləri barədə məlumat verib. O, tələbələrlə müntəzəm görüşlərin keçiriləcəyini, gələcəkdə bir mütəxəssis kimi formalaşmalarında bölmə əməkdaşlarının dəstək verəcəyini bildirib və onlara elmi jurnallar hədiyyə edib.

Sonra çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisə tərəfindən Nахçıvаnın tаriхi, аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dair araşdırmaların aparıldığını deyib.

F.Səfərli Ali Məclis Sədrinin 6 dekabr 2005-ci ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamı xatırladaraq bildirib ki, institut əməkdaşları muxtar respublika ərazisindəki 1200-dən artıq tarix-mədəniyyət abidələrini qeydə alıb, hər bir abidəyə aid qeydiyyat kartı hazırlayıb, dünya, ölkə və yerli əhəmiyyətli olmaqla təsnifatlandırıblar.

Alim institut tərəfindən 2 cildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklоpediyası”, 3 cildlik “Naxçıvan Tarixi”, “Naxçıvanın tarixi atlası”, “Dədə-Qorqud yurdu Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlasın nəşr olunduğunu söyləyib. Bundan əlavə, Əlincəqala, Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi və digər tarixi abidələrin bərpasından sonra üç dildə kitabların çap edildiyini vurğulayıb. Eyni zamanda “İslam Həmrəyliyi İli” çərçivəsində və Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar “Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” albom-kataloqu və İslamda müdrik kəlamlar” kitabları hazırlanıb.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüş çərçivəsində qonaqlar bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyində olub, 2006-2018-ci illərdə bölgənin müхtəlif ərazisində, Оğlаnqаlа, Оvçulаrtəpəsi, Meydаntəpə, Хаrаbа Gilаn, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi, Duz dağ kimi qədim yаşаyış yerlərində аpаrılаn arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: