Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.04.2019 15:34
  • A-
  • A
  • A+

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub

Belarus Milli Elmlər Akademiyasının (BMEA) Fiziologiya İnstitutunun Hüceyrə texnologiyaları laboratoriyasının rəhbəri, dosent Larisa Nikolayeviç və elmi işçisi İrina Rudenkova AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə ilə görüşüb. Görüşdə Botanika İnstitutunun Hüceyrə biofizikası laboratoriyasının əməkdaşları - AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.ü.e.d. Gülnarə Sultanova və b.ü.e.d. Arifə Bağırova da iştirak ediblər.

Əvvəlcə qonaqlara Botanika İnstitutunun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Görüş zamanı BMEA ilə AMEA Botanika İnstitutu arasında imzalanmış memoranduma əsasən müştərək həyata keçirilən “Metlevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptor mexanizminin in vitro öyrənilməsi” beynəlxalq layihəsi üzrə nəticələr müzakirə olunub. 

BMEA-nın nümayəndələri Botanika İnstitutunda təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Daha sonra L.Nikolaeviç Azərbaycan Tibb Universiteti, AMEA-nın Botanika və Fiziologiya institutlarının birgə təşkilatçılığı ilə keçirilən elmi seminarda “Polien antibiotiklərinin in vitro şiş hüceyrələrinin klonal heterogenliyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. 

Qonaqlar AMEA Fiziologiya İnstitutunda da olublar. İnstitutun əməkdaşları ilə görüş zamanı xərçəng müalicəsinin tənziminin və effektliyinin nəzarətinin innovativ üsullarının eksperimental işlənməsi məsələləri müzakirə olunub. Həmçinin hədəf alınmış dərmanların (metillevorin və amphotericin polien antibiotikləri) çatdırılmasında nanostruktur kompozisiyaların tədbiqinə dair birgə tədqiqat məsələləri nəzərdən keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: