Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.04.2019 14:32
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri Dendrologiya İnstitutunda olublar

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri Dendrologiya İnstitutunda olublar

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktor müavini Mixail İtkis, həmin qurumun baş elmi işçisi Nikolay Rusakoviç və Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA-nın Dendrologiya İnstitutunda olublar.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə qonaqlara müəssisənin tarixi, aparılan elmi tədqiqat işləri, əldə etdiyi nailiyyətlər, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər barədə məlumat verilib.

Bundan əlavə, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaqlar daha sonra institutun ərazisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: