Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V Beynəlxalq konfrans işə başlamışdır
06.11.2013 00:00
  • A-
  • A
  • A+

“Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V Beynəlxalq konfrans işə başlamışdır

Mərdəkan Dendrarisinin və Rusiya Elmlər Akademiyasının N.V.Sisin adına Baş Botanika Bağının birgə təşkilatçılığı ilə keçirilən konfransda 10-a yaxın ölkənin müvafiq sahə üzrə mütəxəssisləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, iştirakçı alimlər 3 gün ərzində botanika bağlarında və dendroparklarda landşaft memarlığı ətrafında müzakirələr aparacaq, təcrübələrini bölüşəcəklər. Konfrans “Landşaft memarlığının müasir problemləri”, “Landşaft memarlığının obyektlərində əkinlərin monitorinqi” və “Sənaye zonalarının yaşıllaşdırılmasında Botanika bağlarının rolu” bölmələri üzrə davam etdirilmişdir. Çıxış edənlər Azərbaycanın, o cümlədən Bakı şəhərinin yaşıllaşdırılması, müasir landşaft memarlığı əsasında yaşıllıqların salınması və floranın zənginləşdirilməsi haqqında ətraflı söhbət açmışlar.

Konfrans öz işini noyabrın 8-dək davam etdirəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: