Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA YT Park ilə Rusiyanın “Rusal” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulur
16.04.2019 09:34
  • A-
  • A
  • A+

AMEA YT Park ilə Rusiyanın “Rusal” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulur

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və Rusiyanın "Rusal" alüminium şirkətinin TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi) layihəsinin rəhbəri Mixail Rubinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov çıxış edərək bu gün müasir dünyada böyük aktuallıq kəsb edən innovativ cəmiyyətin formalaşmasında kadr potensialının hazırlanmasının önəminə toxunub, bu barədə sosial innovasiya təklifini verib. Bundan əlavə, "Rusal" şirkəti ilə YT Park arasında gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasının müsbət nəticələr verəcəyi qeyd olunub.

Alunitin emalında maraqlı olduqlarını bildirən M.Rubin YT Parkın vergi və gömrük güzəştlərini müsbət qiymətləndirib. O, həmçinin YT Parkın ərazisində İdarəetmə Sistemləri İnstitutu ilə birgə tezlik çeviricilərinin istehsalı layihəsini həyata keçirmək istədiklərini vurğulayıb.

Akademik Telman Əliyev qeyd olunan layihənin təqdimatı üçün zəruri sənədlər zərfinin 10 gün ərzində YT Parkın Ekspertlər Şurasının müzakirəsinə verilməsini tapşırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: