Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan və İtaliya seysmoloqları əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar
18.04.2019 12:36
  • A-
  • A
  • A+

Azərbaycan və İtaliya seysmoloqları əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar

Azərbaycanda səfərdə olan İtaliya Milli Tədqiqat Şurasının üzvü, İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun professoru Luciano Telesca AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.  

Görüşdə AMEA Geologiya və Geofizika İnsitutunun əməkdaşları - geologiya-mineralogiya elmləri doktorları Rafiq SəfərovQulam Babayev, RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak ediblər.

Qonağa Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış nəticələr barədə ətraflı məlumat verilib.

Luciano Telesca Azərbaycan seysmoloqlarının gördüyü işləri yüksək qiymətləndirib, burada aparılan tədqiqatların böyük maraq doğurduğunu deyib.

Sonda tərəflər arasında seysmologiya sahəsində ikitərəfli əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: