Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
19.04.2019 15:51
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər muzeyin Arxeologiya elmi fond şöbəsinə aparıcı elmi işçi, elmi işçi və kiçik elmi işçi, Etnoqrafiya elmi fond şöbəsinə kiçik elmi işçi, Numizmatika və epiqrafika elmi fond şöbəsinə elmi işçi, Neqativ fonduna müdir, Sənədli mənbələr fonduna müdir, Təsviri materiallar fonduna müdir, Bərpa laboratoriyasına müdir, həmçinin Kitabxana müdiri, Bərpa laboratoriyasına bərpaçı-rəssam (tekstil, dəri üzrə) və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinə ekskursiyaçısı (rus dilində) vəzifələrinə 1 yerdir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- kadrların şəxsi uçot vərəqi;

- tərcümeyi-hal;

- əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti;

- magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin müvafiq qaydada təsdiq olunmuş surəti;

- elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir);

- elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat;

- yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

- müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri;

- çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (İmpakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə);

- fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi;

- elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat.

Sənədlər elan dərc edilən gündən 1 ay müddətində AMEA Milli Azərbaycan Tarixi Muzeyində qəbul olunur (iş günləri ərzində, saat 09:00-dan 13:00-dək).

Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi,4.

Əlaqə nömrəsi: (+994 12) 598 17 39

E-poçt ünvanı: farhadcabbarov@mail.ru 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: