Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fizika İnstitutunun əməkdaşları Belarusda ezamiyyətdə olublar
25.08.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunun əməkdaşları Belarusda ezamiyyətdə olublar

AMEA Fizika İnstitutunun İnnovasiya sektorunun əməkdaşı, Azərbaycan Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Orucov və fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova Belarusun paytaxtı Minsk şəhərində ezamiyyətdə olublar. Belarus Dövlət İnformatika və Radiotexnika Universitetində təşkil olunmuş görüşdə layihənin belaruslu həmrəhbəri, texnika üzrə fəlsəfə doktoru Viktor Romanoviç Stempetçki və layihə iştirakçıları ilə “3D keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu ZnO və ZnSnAs2 birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi” adlı Azərbaycan-Belarus birgə qrant layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə olunub.

Beş günlük səfər müddətində azərbaycanlı alimlər universitetin rektoru, professor Mixail Pavloviç Batura və Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini İrina Vasilyevna Letkovskaya ilə də görüşüblər. Görüşlərdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ezamiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: