Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək
24.04.2019 10:57
  • A-
  • A
  • A+

“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

Aprelin 29-da saat 11:00-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək.

Konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmaz müəllim kimi” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: