Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tələbələrlə görüşüb
25.04.2019 10:16
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tələbələrlə görüşüb

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Dəvətli professor” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə görüşüb.

Əvvəlcə alim haqqında videoçarx tədbir iştirakçılarına təqdim olunub.

Daha sonra K.Bünyadzadə “Səni sən edən nədir? – Gəncliyin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində gəncliyin əvəzolunmaz rolundan danışıb, həmin dövrün insan həyatının sütunu olduğunu bildirib. Bundan əlavə, gənclərin dövlətin, millətin uğurlu inkişafında müstəsna rol oynaya biləcəklərini vurğulayan K.Bünyadzadə onları öz şəxsiyyətlərinin, “Mən”inin qurucusu olmağa çağırıb.

Məruzədən sonra alim tələbələrin iradə, sevgi, “Mən”in formalaşması, cəmiyyət və mikromühit haqqında suallarını cavablandırıb.

Daha sonra çıxış edən tədbirin təşkilatçısı, universitetin İctimai elmlər kafedrasının müəllimi, dosent Yaşar Əhmədov belə görüşlərin tələbələrə böyük fayda verəcəyini söyləyib.

Sonda K.Bünyadzadə tərəfindən kafedraya kitablar hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: