Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib
29.04.2019 12:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev bu il oktyabrın 11-12-də “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda keçiriləcək beynəlxalq konfransın (ICTACSE-2019) elmi komitəsinin üzvü seçilib.

İstanbulda təşkil olunacaq konfransda bioinformatika, “Data Mining”, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, informasiya texnologiyaları üzrə layihələrin idarə olunması, “ağıllı” sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: