Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.05.2019 16:14
  • A-
  • A
  • A+

Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Mayın 14-də Çinin paytaxtı Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq forum keçirilib. Tədbirin təşkilatçıları Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və AMEA-dır.

Beynəlxalq forumda çinli alimlərlə yanaşı, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, b.ü.f.d., dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, institutun elmi katibi, i.ü.f.d., dosent Rəsmiyyə Abdullayeva, şöbə müdiri, i.ü.f.d. Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Aqil Eyvazov iştirak ediblər.  

Tədbirdə Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Forumda Nazim İmanov “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, Aqil Eyvazov isə “Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: