Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.05.2019 10:37
  • A-
  • A
  • A+

"Nəsimi işığı, Nəsimi dünyası" mövzusunda tədbir keçirilib

"Nəsimi işığı, Nəsimi dünyası" mövzusunda tədbir keçirilib

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir şəhər 2 saylı məktəb-liseyin VII sinif şagirdlərinin iştirakı ilə "Nəsimi işığı, Nəsimi dünyası" mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və "Nəsimi İli" çərçivəsində baş tutub.

Məktəblilər şairin əruz vəznində yazdığı qəzəllərindən parçalar səsləndirib, həmçinin "Nəsimi" filmindən hazırladıqları səhnəni nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: