www.science.az
22.05.2019 11:52

Akademik Validə Əlizadənin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin (Çin, ABŞ, Gürcüstan) həmmüəllifləri ilə birgə yüksək impakt faktorlu “Molecules” jurnalında Uzunsov ardıc (Juniperus oblonga) bitkisindən alınmış “Labdane and Abietanediterpenoids from Juniperusoblanga and their cytotoxic activity” adlı məqaləsi dərc olunub.

Geniş spektroskopiya üsulu və kimyəvi vasitələrdən istifadə etməklə əvvəlcədən təsvir edilməmiş diterpenoidin strukturu ayrılmış və müəyyən edilib. Ayrılmış birləşmələr üç insan şiş hüceyrə xəttinə qarşı sitotoksik fəallıq üzrə qiymətləndirilib. Bu məqalə Juniperus oblonga növündən əldə edilən diterpenoidlər haqqında ilk məlumatdır. Bundan əlavə, ilk dəfə Juniperus cinsinə aid 5 daha birləşmə müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.