www.science.az
24.05.2019 16:41

AMEA və CNR arasında birgə layihə təklifləri ilə əlaqədar seminar keçiriləcək

27 may 2019-cu il tarixində saat 10:00-da akademiyanın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında birgə elmi və texnoloji əməkdaşlıq üzrə müştərək layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçiriləcək.

Görüş zamanı müsabiqə haqqında əlavə məlumat veriləcək və ərizə formasının doldurulması ilə bağlı ətraflı müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.