Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə beynəlxalq simpozium keçiriləcək
30.05.2019 11:34
  • A-
  • A
  • A+

Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə beynəlxalq simpozium keçiriləcək

2-3 oktyabr 2019-cu il tarixlərində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan mütəfəkkiri, ictimai xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumu keçiriləcək.

Simpoziumda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

- Əhməd bəy Ağaoğlu və müsəlman Şərqində müasirləşmə problemləri;

- Əhməd bəy Ağaoğlu türkçülüyün ideoloqlarından biri kimi;

- Əhməd bəy Ağaoğlunun Azərbaycanda ictimai-siyasi fəaliyyəti;

- Əhməd bəy Ağaoğlunun Türkiyədə ictimai-siyasi fəaliyyəti;

- Əhməd bəy Ağaoğlu və müasirləri;

- Ağaoğlular Türkiyənin ictimai-siyasi həyatında.

Tədbrdə iştirak etmək istəyənlər 2019-cu il sentyabrın 10-dək məruzələrin tezislərini farhadcabbarov@mail.ru və ya qabil-so@mail.ru e-poçt ünvanlarına göndərməlidirlər.

Məruzə tezislərinin tərtibinə dair tələblər:

- Tezislər 3000-3500 işarə həcmində, Times New Roman-12 şriftində olmalı, sətirlərarası interval 1 ilə yığılmalıdır;

- Səhifənin əvvəlində müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, vəzifəsi, həmçinin elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmaldır;

- Məqalənin adı qalın şriftlə, təşkilat və şəhərin adı adi şriftlə verilməlidir.

Simpoziumun dilləri – Azərbaycan, türk, ingilis, rus.

Ünvan: Bakı şəhəri, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Əlaqə nömrəsi: (+994 12) 598 17 39

E-mail: farhadcabbarov@mail.ru, qabil-so@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: