Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın 3 elmi-tədqiqat institutunun direktoru vəzifəsinə təsdiq edildi

AMEA-nın 3 elmi-tədqiqat institutunun direktoru vəzifəsinə təsdiq edildi

AMEA Rəyasət Heyətinin iclasında qurumun 3 elmi-tədqiqat institutunun direktoru vəzifəsinə təsdiq edilib. Belə ki, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə təsdiq olunublar.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2013-cü il tarixli iclasında AMEA-nın bir sıra elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor seçkilərinin keçirilməsinə qərar verilmişdir. Bununla əlaqədar olaraq, AMEA Klimya Elmləri Bölməsinin 20 may 2014-cü il tarixli ümumi yığıncağında hər 3 institutun direktoru vəzifəsinə seçkilər keçirilmişdir.

Seçkinin nəticələrini nəzərə alan AMEA Rəyasət Heyəti “Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi qaydaları”nı rəhbər tutaraq hər 3 namizədin vəzifəsinə təsdiq olunmasına dair qərar qəbul etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: