Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
07.06.2019 15:49
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib

Qazaxıstanın Aktau şəhərində “Botanika bağlarının kolleksiya fondları və mövcud iqlim dəyişkənliyi və antropogen təsir şəraitində onların rasional istifadəsi” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbirdə MDB ölkələrinin botanika bağlarının rəhbərləri iştirak ediblər.

Toplantıda ölkəmizi təmsil edən AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.e.d. Vahid Fərzəliyev rəhbərlik etdiyi qurumun elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Səfər çərçivəsində Vahid Fərzəliyev Manqışlaq Eksperimental Botanika Bağını da ziyarət edib, burada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: