Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2019 16:30
  • A-
  • A
  • A+

AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İyunun 7-də AMEA-nın Rəyasət Heyətində Türkiyənin Doqquz Eylül Universitetinin rektoru, professor Nükhet Hotarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın tarixi inkişaf yolu, burada aparılan elmi-tədqiqat istiqamətləri, eləcə də islahatlar haqqında məlumat verib. Bildirib ki, akademiyada elmi-tədqiqat işlərinin səmərəliliyinə xüsusi diqqət yetirilir, innovasiya yönümlü beynəlxalq layihələr uğurla icra olunur. Humanitar və ictimai elmlər sahələrində aparılan çoxistiqamətli elmi-tədqiqat işlərindən, perspektivli layihələrdən bəhs edən akademik müxtəlif profilli elmi araşdırmaların böyük önəm kəsb etdiyini də bildirib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə beynəlxalq elmi əməkdaşlığın daha böyük coğrafiyanı əhatə etdiyini xüsusi vurğulayan İ.Həbibbəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi elmi əməkdaşlıqla bağlı da mühüm addımların atıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən N.Hotar rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf tarixindən, qazandığı nailiyyətlərdən danışıb. İki qardaş xalqın elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin yüksək xətlə inkişaf etdiyini xatırladan rektor gələcək əməkdaşlığın perspektivlərinə də toxunub.

Sonra AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni akademik İsa Həbibbəyli və professor Nükhet Hotar imzalayıblar. Müqavilədə iki ölkənin elm və təhsil qurumları arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, görüşdə Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Doqquz Eylül Universitetinin əməkdaşları, professorlar - Asuman Altay, Levent Çovaş və Gülmira Kuruoğlu da iştirak ediblər.

Sonda tərəflər qarşılıqlı olaraq kitab, kataloq və xatirə hədiyyələri təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: