AMEA Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru vəzifəsinə kimya üzrə fəlsəfə doktoru Qəhrəman Həsənov təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
Digər bir qərarla kimya üzrə fəlsəfə doktoru Vaqif Vəliyev qurumun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Fuad Abdullayev baş mühəndis və Füzuli Abbasov baş texnoloq vəzifələrinə təyin olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.