Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Ağsu rayonunda tədqiqatlar aparıblar
12.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Ağsu rayonunda tədqiqatlar aparıblar

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutununTorpaqların aqroekologiyası və bantirovakası laboratoriyasının əməkdaşları, biologiya üzrə fəlsəfə doktoru Məhluqə Yusifova və aqrar elmlər üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva Ağsu rayonunda ezamiyyətdə olublar. Məqsəd “Şirvan düzü torpaqlarının ekoloji monitorinqi” və “Böyük Qafqaz cənub-şərq yamacı üzümaltı torpaqlarının ekoloji monitorinqi” mövzusunda Ağsu rayonunun Qaraqoyunlu, Qiyaslı, Daşdəmirli, Rəhimli kəndlərində çöl tədqiqatlarının aparılması idi. Üç günlük səfər müddətində torpaqların münbitlik səviyyəsinin öyrənilməsi məqsədi ilə torpaq nümunələri götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: