Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib
12.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan istitutun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlugündəlikdə duran məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra institutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov bu elmi müəssisədə vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı məlumat verib. Elmi Şura üzvləri sözügedən məsələyə münasibət bildiriblər.

Klassik folklor şöbəsinə fil.ü.f.d. Rza Xəlilov, Musiqi folkloru şöbəsinə isə sən.ü.e.d., prof. Nailə Rəhimbəyli müdir seçiliblər.

Daha sonra institutun Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy“ Mürsəl Həkimov-85” mövzusunda məruzə ilə çıxış edib. O, tanınmış folklorşünas, prof. Mürsəl Həkimovun həyatı və yaradıcılığı barədə ətraflı məlumat verib.

Muxtar Kazımoğlu M.Həkimovun alim kimi özünəməxsusluğu, fəaliyyəti haqqında fikirlərini bölüşüb, onun aşıq sənətinin mahir bilicisi, araşdırıcısı olduğunu vurğulayıb.

Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli isə M.Həkimovun folklor toplayıcılığı fəaliyyətinə toxunaraq, bu sahədəki fədakarlığını önə çəkib.

Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, prof. Kamran Əliyev M.Həkimovun elmdə yenilikçilyindən və portret cizgilərindən danışıb.

Prof. Seyfəddin Qəniyev M.Həkimovun Azərbaycan aşıq məktəblərinə dərin bələd olduğunu vurğulayaraq, onunla bağlı xatirələrini bölüşüb.

Sonda çıxış edən M.Həkimovun qızı, b.ü.f.d. Nübar Həkimova atasının xatirəsinə göstərilən diqqətə görə tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: