Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın magistrantları fəlsəfə fənnindən imtahan veriblər
18.06.2019 16:33
  • A-
  • A
  • A+

AMEA-nın magistrantları fəlsəfə fənnindən imtahan veriblər

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 10 sentyabr 2015-ci il tarixli sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistrantları TİM-də “Fəlsəfənin əsasları” fənnindən imtahan veriblər. İmtahanlarda AMEA-nın institutlarından ümumilikdə 64 nəfər iştirak edib.

Qeyd edək ki, “Psixologiya” fənnindən imtahan 13 iyun tarixində keçirilib. “Pedoqogika” fənnindən imtahan isə 21 iyun tarixində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: