Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib
19.06.2019 10:25
  • A-
  • A
  • A+

Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib

İyunun 18-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə AMEA-nın Humanitar Elmlər Bölməsinin  akademik-katibi, akademik Teymur Kərimli, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov daxildirlər.

Görüşdə Serbiya dövlətinin başçısı ötən ilin mayında açılışında iştirak etdiyi ADU-nun nəzdində Serb Dili və Mədəniyyəti Mərkəzinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. O, serb alimlərinin 20-dən çox əsərinin Azərbaycan dilinə tərcüməsinə və nəşrinə görə Azərbaycanın elmi mərkəzlərinə və nəşriyyatlarına təşəkkür edib.

Prezident A.Vuçiç söhbət əsnasında regionun xəritəsində Azərbaycanın son dərəcə əlverişli geosiyasi mövqedə yerləşdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və onun beynəlxalq hüquq normaları çərçivəsində tezliklə bərpa olunmasını arzu edib. 

Görüşdə iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: