Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Asəf Hacıyev beynəlxalq konfransda mükafat və xüsusi diploma layiq görülüb
04.09.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev beynəlxalq konfransda mükafat və xüsusi diploma layiq görülüb

Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində görkəmli alim, Milli Məclisin deputatı, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyev Portuqaliyanın Lissabon şəhərində keçirilmiş “Elm və mühəndislikdə idarəetmə” mövzusunda VIII Beynəlxalq konfransda iştirak edib. Tədbirin plenar iclasında “Hərəkət hissəciklərinin riyazi modelləri və onların trafikdə tətbiqi” mövzusunda məruzə ilə çıxış edən azərbaycanlı alim mükafat (Grand Prize) və xüsusi diplomla təltif edilib.

Konfransa ABŞ, İspaniya, Portuqaliya, Almaniya, Hindistan, Çin və s. ölkələrin aparıcı alimləri qatılıblar. Tədbirin keçirilməsində əsas məqsəd elm və mühəndisliyin idarəedilməsi sahəsində beynəlxalq tədqiqatlarda əməkdaşlığa çağırış, həmçinin fundamental elmi nəticələrin praktiki məsələlərdə tətbiqi idi.

Konfransın 3 plenar iclas və müxtəlif seksiyalarında 70-ə yaxın məruzə dinlənilib.

Növbəti konfransın 2015-ci ilin payızında Almaniyada keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: