Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı işıq üzü görüb
27.06.2019 09:24
  • A-
  • A
  • A+

“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı işıq üzü görüb

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının həmmüəllifi olduğu “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitin elmi redaktoru filologiya üzrə elmlər doktoru Almaz Ülvi, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Nəşrdə ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığı, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.

Vəsait “Ön söz”, yeddi bölüm, nəticə və Azərbaycan, türkmən, türk, rus dillərində ədəbiyyat siyahısından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: