Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçiriləcək
28.06.2019 14:09
  • A-
  • A
  • A+

Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçiriləcək

İyul ayının 9-dan başlayaraq Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcək. Qəbələ Arxeoloji Mərkəzində bir həftə ərizində davam edəcək tədbirin təşkilatçıları AMEA-nın İctimai Elmləri Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasıdır.

Yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanı qazanacaqlar. Respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrinə dair müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədidir. Yay məktəbinin gedişində üç elmi panel üzrə konfransın keçirilməsi də planlaşdırılır.

Bundan başqa, tədbirdə iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatlarının aparılması nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: