Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək
08.09.2014 00:00
  • A-
  • A
  • A+

“Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 10-da saat 11:00-da AMEA-nın Əsas binasında ensiklopedik biliyə malik alim Nəsirəddin Tusinin vəfatının 740 illiyinə həsr olunmuş “Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbirə dünyanın müxtəlif ölkələrindən - İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. alimlər qatılacaqlar.

İki günlük konfransın bölmə iclasları Azərbaycan Universiteti və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: