Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərgi keçiriləcək
04.07.2019 10:37
  • A-
  • A
  • A+

“Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərgi keçiriləcək

4 iyul 2019-cu il tarixində saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyi” mövzusunda sərginin açılış mərasimi keçiriləcək.

Sərginin təşkilatçıları AR Mədəniyyət Nazirliyi, Fransa Respublikasının Azərbaycandakı səfirliyi, Fransız İnstitutu-Azərbaycan, Azərbaycan Milli Elmlər Akademiyası, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), Azərbaycan Milli İncəsənət Muzeyi, Arceo Service, Azərbaycan Hava Yolları (AZAL), "Azərkosmos" ASC, Hillside Premiumdur.

Açılış mərasimi təşkil olunacaq sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının Azərbaycanın müxtəlif regionlarında (Tovuz, Ağstafa, Lənkəran, Lerik, Naxçıvan) apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunan və neolit, xalkolit, tunc, antik dövrlərə aid dünya arxeologiyası üçün mühüm əhəmiyyətə malik nadir tapıntılar nümayiş etdiriləcək.

Ünvan: Bakı ş., Niyazi küç. 9/11

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: