Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Göygöl Milli Parkında yerləşən təbii göllərin ekoloji vəziyyəti araşdırılıb
04.07.2019 14:24
  • A-
  • A
  • A+

Göygöl Milli Parkında yerləşən təbii göllərin ekoloji vəziyyəti araşdırılıb

AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən Göygöl Milli Parkı ərazisində yerləşən təbii göllərin hazırki ekoloji vəziyyəti araşdırılıb.

Tədqiqatların aparılmasında əsas məqsəd park ərazisində yerləşən təbii göllərdə suda və qruntda baş verən fiziki-kimyəvi, mikoloji və mikrobioloji prosesləri öyrənməkdir. Belə ki, tədqiqat aparılan təbii göllərin bəzilərinin suyundan Gəncə şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su kimi istifadə etməsi, həmçinin Göygöl Milli Parkının aktiv turizm marşrutu olması ərazidə ekoloji proseslərin daimi öyrənilməsi və nəzarətdə saxlanılmasını zəruri edir.

İnstitut tərəfindən parkın ərazisində yeləşən təbii göllərdə mütəmadi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: