Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri çöl tədqiqatları aparırlar
22.07.2019 10:34
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri çöl tədqiqatları aparırlar

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) əməkdaşları tərəfindən Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Ucar, Neftçala və Qax rayonlarında çöl tədqiqatları aparılır.

Çöl tədqiqatları zamanı Rusiya Federasiyasının Şelkova Aqrokimya şirkəti tərəfindən verilmiş yüksəkməhsullu qarğıdalı, şəkər çuğunduru, soya və buğdanın müxtəlif sortlarının Azərbaycan şəraitinə uyğunlaşdırılması üçün gübrələmə sisteminin və kompleks becərmə texnologiyasının işlənilib hazırlanması məqsədilə təcrübələr aparılır.

Təcrübələr TAİ, AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu və "Şelkova Aqrokimya" şirkəti arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən həyata keçirilir.

TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və müəssisənin çöl tədqiqatlarından məsul icraçısı, a.e.ü.f.d. Qoşqar Məmmədov əkin sahələrinə baxış keçiriblər. Ağsuda əkilmiş şəkər çuğunduru bitkisinin, İmişli və Beyləqanda qarğıdalı və soya bitkilərinin böyümə və inkişafı üzrə fonoloji müşahidələr və gübrələrin təsirinin ilkin olaraq qiymətləndirilməsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: