Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb
22.07.2019 17:12
  • A-
  • A
  • A+

AMEA-nın bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

AR Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Belə ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri Almaz Tağıyeva, həmin müəssisənin böyük elmi işçisi Məhyəddin İskəndərov və aparıcı elmi işçisi Nizami Mürsəlov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova döş nişanına layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: