AMEA-nın Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin 15 iyul 2019-cu il tarixli Sərəncamı ilə ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Bu qərar Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.