Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Fizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının iclası keçirildi
11.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının iclası keçirildi

AMEA Fizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının iclası keçirildi. Əsas məqsəd oktyabrın 15-16-da keçiriləcək “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidistiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I beynəlxalq elmi konfransı və noyabrın 10-11-də təşkil olunacaq “Bakı Elm Festivalı-2014” ilə bağlı məsələlərin müzakiri etmək idi.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

İclas AMEA Gənc alim və mütəxəssislər şurasının idarə heyətinin üzvü Xuraman Xəlilova çıxışı ilə davam etdi. O, sentyabrın 9-da Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan, Azərbaycanda ilk dəfə təşkil olunan “Bakı Elm Festivalı-2014”, Təşkilat Komitəsinin üzvləri ilə keçirilmiş görüş və orada müzakirə olunmuş məsələlərdən bəhs etdi. O, konfransın və elm festivalının gənc alimlər üçün əhəmiyyətini vurğuladı. Bildirdi ki, Fizika İnstitutu beynəlxalq konfransa və elm festivalına hazırlaşır, gənclərdən ibarət işçi qrupu müəyyən edir.

Sonda mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.
  • Paylaş: