Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları çöl tədqiqat işləri aparırlar
02.08.2019 16:06
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları çöl tədqiqat işləri aparırlar

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları çöl tədqiqat işləri ilə bağlı Sumqayıt-Siyəzən massivində və Abşeron yarımadasında ekspedisiyada olublar.

Tədqiqatçılar torpaqlarda gedən tənəzzül və təkamül proseslərini təbii və antropogen amillərin qarşılıqlı təsiri fonunda tədqiq ediblər. Efemerlərin əsas inkişaf fazası nəzərə alınmaqla torpaq-bitki arası əlaqə əsas götürülüb, çöl şəraitində dayaq məntəqələri dəqiqləşdirilib, antropogen, o cümlədən texnogen, aqrogen amillər qiymətləndirilib. Analiz üçün torpaq, bitki, su nümunələri götürülüb. Tədqiqatın nəticələri ərazi torpaqlarında gedən deqradasiyanı düzgün qiymətləndirməyə, proqnozlaşdırmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: