Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib
07.08.2019 15:16
  • A-
  • A
  • A+

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub.

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı parlamentdə aparılan gərgin müzakirələr, parlamentin universitetlə bağlı çıxardığı qanun layihəsi oxuculara təqdim olunur. Həmçinin universitetin 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, bu ali təhsil ocağı ilə bağlı verilmiş dekretlər, fakültə quruculuğu, tələbə və müəllim heyətinin formalaşdırılması, eləcə də universitetin adının 1922-ci ildə dəyişdirilməsi, 1930-cu ildə fəaliyyətinin dayandırılması, 1934-cü ildə yenidən açılması, 1939-cu ildə ali məktəbə S.M.Kirovun adının verilməsi arxiv sənədləri əsasında araşdırılıb.

Nəşrdə universitetin 1990-cı ildən sonrakı fəaliyyəti haqqında da məlumat verilib.

“Bakı Dövlət Universitetinin tarixi” kitabının müəllifləri Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad ƏmrahovSamir İsmayılov, redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.

Kitaba “Ön söz”ü BDU-nun rektoru Elçin Babayev yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: